Şəki yol polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Şəki Dövlət Yol Polisi Bölməsi tərəfindən yeniyetmə və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusunda maarifləndirici tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir, 07 iyun 2021-ci il tarixdə Şəki Dövlət Peşə Təhsil Mərkəzində, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib.
Tədbirdə Şəki Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, mərkəzin təsərrüfat işləri üzrə direktor müavini Rizvan Lətifov, mərkəzin psixoloqu Ziyafət Ramazanova, müəllimlər və mərkəzin tələbələri iştirak ediblər.
Tədbir diskusiya şəklində keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda Şəki Dövlət Peşə Təhsil Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini Rizvan Lətifov, mərkəzin direktoru Şahin Şirinzadənin və kollektivin adından bu cür maarifləndirici tədbirin keçirilməsinə görə Şəki Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıq bildirib.

.jpg)
.jpg)
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK












