"Sürət həddinə ciddi əməl edin" - DYP-dən XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir:
"Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Sürücülərin diqqətinə çatdırılır:
* Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın.
* Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun.
* Piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin.
* Sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.
Piyadalara xatırlatma:
* Yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin.
* Mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin.
* Yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.
Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












