Sürücülərə gizli radar qurulması iddialarına DYP-dən CAVAB - VİDEO

Şamaxı rayonu Meysəri kəndi ərazisindən keçən yolda sürücülər üçün “radar tələsi”nin qurulduğu iddia olunur.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
İddia olunur ki, sözügedən yolun radar yerləşən hissəsində 3 işıq dirəyinin işıqları yanmır. Bunu qaranlıqda sürücülərin sürət həddini aşaraq radara düşməsi üçün qəsdən edildiyi iddia olunur.
Bundan başqa, həmin ərazidə həm də piyada keçidi mövcuddur. Qaranlıqda piyada keçidindən istifadə etmək isə vətəndaşların həyatını təhlükəyə atır.
İddialarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinə inspektoru Toğrul Nəsirli ilə əlaqə saxladıq.
Qurum rəsmisi baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, radar var deyə işıqların söndürülməsi iddiası yalandır:
“İşığın yandırılıb-söndürülməsinə biz baxmırıq. Hər bir sürücü radar olub-olmamasına baxmayaraq, yol hərəkəti qaydalarına riayət etməlidir. Radarla küçə işıqlarının heç bir əlaqəsi yoxdur. Onsuz da bilirik ki, indi çox adamın telefonunda antiradar tətbiqi var. Bu da radarların yerini, ona qədərki sürəti yaxşı göstərir. İndiki zamanda sözügedən halın bilərəkdən edilməsi mümkün deyil”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












