Şuşada "Azərbaycan əsgəri, səninləyik" sosial aksiyası təşkil olunub - VİDEO

"ASAN xidmət"in və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birgə təşkilatçılığı, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə "Azərbaycan əsgəri, səninləyik" sosial aksiyası təşkil olunub. 12 Mart - Daxili Qoşunlar Günü ilə əlaqədar təşkil olunan tədbir işğaldan azad olunmuş Şuşa şəhərində baş tutub. Sosial aksiyada Şuşa şəhərinin müxtəlif ərazilərində xidmət çəkən Daxili Qoşunların şəxsi heyətinə "ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Tədbirdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilmiş parlaq qələbədən söz açılıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Bu il 30 illik yubileyini qeyd edən Daxili Qoşunların şəxsi heyətinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Vətən müharibəsindəki döyüş yolundan söz açılıb. "Azərbaycan əsgəri, səninləyik" sosial aksiyasının məqsədi Azərbaycan Silahlı Qüvvələrinə vətəndaşlarımızın daimi dəstəyini, etibar və inam hissini nümayiş etdirməkdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












