Taksi duracağında dayanan başqa maşınları necə fərqləndirirlər? - DYP-dən AÇIQLAMA

Taksi duracaqlarında qayda pozuntuları sürücülər arasında narazılıq yaradır. Qeyd olunan məsələ ilə bağlı sürücülər tez-tez saytımıza şikayətlərini bildirirlər. Belə ki, taksi fəaliyyəti üçün ayrılmış dayanacaqlarda üzərində taksi nişanı və ya rəsmi icazə əlaməti olmayan avtomobillərin saxlanıldığı müşahidə edilir. Bu isə həqiqi taksi sürücülərinin dayanacaq yerlərindən istifadə etməsinə mane olur və ümumi nizam-intizamı pozur.
Sürücülərin sözlərinə görə, bəzi hallarda fərdi nəqliyyat vasitələrinin sahibləri taksi duracaqlarında avtomobillərini saxlayır və uzun müddət orada qalırlar. Bu da taksi sürücülərinin işinə mane olmaqla yanaşı, sərnişinlərin də taksi tapmaqda çətinlik çəkməsinə səbəb olur. Məsələ ilə bağlı müvafiq qurumların nəzarət tədbirlərini gücləndirməsi və qaydaları pozan sürücülərə qarşı tədbir görülməsi tələb olunur.

Bəs bu nəqliyyat vasitələrinin həqiqətən taksi olub-olmaması necə müəyyən edilir və belə halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, paytaxtın müxtəlif küçə və prospektlərində 5.14 "minik taksilərinin duracaq yeri" yol nişanı quraşdırılıb:
.png)
“Bu ərazilər taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Lakin bəzi hallarda digər nəqliyyat vasitələrinin sürücüləri həmin nişanın təsir zonasında dayanma və durma qaydalarını pozurlar. Bu isə təyinatı üzrə həmin parklanma yerlərindən istifadə edən taksilər üçün çətinliklər yaradır.
İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında qeyri-qanuni dayanma və durmaya görə 40 manat məbləğində inzibati cərimə nəzərdə tutulur. Müvafiq sənədləri olan taksi sürücülərinə cərimə yazıldığı təqdirdə, məsələ araşdırılır və hüquqi qiymət verilir.
Sürücülərdən yol hərəkəti qaydalarına əməl etmələri və taksi duracaqlarında dayanma və durmadan çəkinmələri xahiş olunur”.
Eltac Zülfüqaroğlu
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










