Tıxaca düşməmək üçün yuxusuz halda yola çıxmayın! - XƏBƏRDARLIQ - VİDEO

Bayramlarla əlaqədar Nazirlər Kabinetinin qərarı ilə təyin edilən ardıcıl 12 qeyri-iş günü başa çatır. Aprelin 1-dən etibarən artıq iş günləri başlayır.
Avtosfer.az xəbər verir ki, bölgələrə səyahət edən yerli turistlərin paytaxta və digər istiqamətlərdə hərəkət intensivliyinin müşahidə edilməsi gözlənilir.
Mövzunu saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, paytaxtda bir neçə istiqamətdə sıxlıq olacaq:

"Xüsusilə şimal və cənub giriş-çıxışında tıxacın olması qaçınılmazdır. Çünki alternativ yollar yoxdur, hamı eyni yollarla şəhərə daxil olmağa və çıxmağa çalışır. Dövlət proqramı qəbul edilib, gəələcəkdə yeni yollar salındıqdan sonra şimal-qərb, şimal-şərq və cənub istiqamətlərindən də yeni yollar salınacaq. Xırdalan şəhərinin içərisindən də ölkənin şimal bölgələrinə yollar olacaq. Sabunçu və Binəqədi rayonlarından Şamaxı-Quba yoluna rahatlıqla istiqamətlənmək mümkün olacaq. Eləcə də bölgələrdən gələnlər üçün də şəhərə daxil olmaq üçün bir neçə istiqamətlərdə hərəkəti nəzərdə tutacaq yollar salınacaq".
Nəqliyyat eksperti bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi uzun yola çıxarkən əməl ediləsi qaydalarla bağlı sürücülərə yenidən müraciət edib:

"Sürücülər yuxulu olduqları halda, qaçaraq sükan arxasına keçməməlidir. Nəqliyyat vasitələrinin idarəçiləri ən çox məhz bu məsələni nəzərə almır. Gecə yuxu yatmırlar, səhər də tıxaca düşməmək üçün erkən saatlarda yola düşürlər, gəlib yolda mürgüləyirlər, qəza baş verir. Sürücülər bunu etiraf etməsə də, biz belə halların tez-tez şahidi oluruq. Daha doğru desək, sürücü sağ qalırsa, maşından çıxarılandan sonra verdiyi ilk izahatında boynuna alır ki, yuxulu olub. Sonrakı ifadələrdə cəzadan yayına bilmək, günahı başqasının üstünə atmaq üçün artıq müxtəlif yalanlar danışanlar da olur. "Kimsə məni çaşdırdı, mən qaydaları pozmamaşam" kimi bəhanələr".
Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımı sizə təqdim edirik:
Səfər
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










