Banner

Tovuzda məktəblilərlə görüş keçirilib - FOTO

Yol polisi 19 Dekabr 2022 13:29 Oxunub 1010
Tovuzda məktəblilərlə görüş keçirilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dondar Quşçu kənd orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında tədbir keçirilib.

Tədbirdə Tovuz  Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak edib.

Tovuz RPŞ-nin  rəisi, polis polkovniki Habil Əmraslanov çıxış edərək bildirib ki, belə cinayətlərin həmişə gizli şəraitdə baş verməsi, nəzarətdən kənarda qalması və sabit artım dinamikasına malik olması narkomaniya probleminin ictimai təhlükəlilik dərəcəsini artıra bilər. Narkomaniyaya qarşı səmərəli mübarizə bu istiqamətdə uzunmüddətli, çoxaspektli, böyük maliyyə vəsaiti tələb edən ardıcıl fəaliyyətin həyata keçirilməsi zərurətini irəli sürür. “Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.”

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh