Traktor qəzasında 2 nəfər öldü - DYP-dən traktor sürücülərinə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib. Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev özünün sosial media hesabında paylaşım edib. "Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də texniki tələblərə cavab verməyən, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz traktor və ya digər kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq.
Həmin texnikaların bu formada avtomobil yollarında hərəkəti digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.
Təəssüf hissi ilə qeyd edilməlidir ki, hətta bəzən sürücülük hüququ olmadan bu növ texnikaların idarə edilməsi hallarına rast gəlinir ki, bu hal sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.
Qeyd olunanlar nəzərə alınaraq traktor və digər kənd təsərrüfatı texnikalarını idarə edən şəxslərdən bir daha yol hərəkəti qaydalarına ciddi riayət etmələri tələb olunur" - deyə, çağırışda bildirilib.
Xatırladaq ki, dünən axşam saatlarında Tərtərdə traktorla minik maşını toqquşub. Qəza nəticəsində VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO












