“Vətəndaş məmnunluğu tam təmin edilsin” – VİLAYƏT EYVAZOV TAPŞIRIQ VERDİ - FOTO

Bu gün Daxili İşlər Nazirliyinin Kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir general-polkovnik Vilayət Eyvazov deyib ki, polis əməkdaşların apardığı əməliyyatlar nəticəsində ölkə üzrə ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.
Avtosfer.az xəbər verir ki, iclasda müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrlə bağlı məsələlərə toxunulub.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov iclasın sonunda cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib.
Bütün ərazi polis orqanlarının rəislərindən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasının zəruriliyini və müvafiq sahədə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolunu, bu istiqamətdə işin düzgün təşkilinin cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində əhəmiyyətini də qeyd edib. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Səfər
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










