Vilayət Eyvazov bütün şəxsi heyəti təbrik etdi - Polisə və Daxili Qoşunlara TƏBRİK

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətini təbrik edib.
Avtosfer.az xəbər verir ki, təbrikdə deyilir:
"Əziz həmkarlar!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ulu öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və aparılan məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq daxili işlər orqanlarının və Daxili Qoşunların əməliyyat-xidməti fəaliyyəti 2022-ci ildə də təkmilləşmiş, maddi-texniki bazası modernləşmiş, möhkəm nizam-intizama malik şəxsi heyətimiz üzərinə düşən bütün vəzifələrin öhdəsindən əzmlə gəlmişdir. Digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində respublikada cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə asayişin və təhlükəsizliyin qorunması funksiyaları peşəkarlıqla həyata keçirilmiş, qarşıya qoyulmuş tapşırıqların icrası təmin edilib.
Öz andına həmişə sadiq olan şəxsi heyətin əməyi yola saldığımız ildə də yüksək qiymətləndirilmiş, möhtərəm Prezidentin imzaladığı sərəncamlarla xidmətdə fərqlənən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları dövlət təltiflərinə layiq görülüb.
Əminəm ki, vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələrin öhdəsindən bundan sonra da bacarıqla gələcək, ölkə Prezidentinin, Ali Baş Komandanın etimadını doğruldacaqsınız.
Hamınıza Azərbaycana xidmətə görə təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!"
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










