Vilayət Eyvazov vətəndaşa görə polisin rəhbərliyini cəzalandırdı - Pozuntular AŞKARLANDI
Yol polisi
4 İyun 2021 12:19

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyini cəzalandırıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə rayon sakini, Mirzəyev Ramin İlyas oğlu narkotik vasitələrin daşınmasına görə saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb. R.Mirzəyev daha sonra sərbəst buraxılsa da, cinayət işi qüvvədə qalıb. Bundan sonra vətəndaş Mirzəyev DİN rəhbərliyinə şikayətlər ünvanlayıb. Bildirib ki, şöbənin Cinayət Axtarış İdarəsinin rəisi Bəhruz Mirzəyev şəxsi konfliktinə görə onun barəsində saxta əsaslarla cinayət işi başladıb. Nazirliyin Daxili Təhqiqat İdarəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bunun üçün Şirvana yola düşən DİN vəzifəli şəxsləri rayona çatmağa 1 saat qalmış əməliyyatçılar Ramin Mirzəyevin evinə baxış keçirməyə gedib. Baş əməliyyat müvəkkili Kamil adlı polis əməkdaşı Raminin evindən bir neçə növ narkotik aşkar edib.
Daxili Təhqiqat İdarəsinin əməkdaşları şöbəyə çatdıqdan sonra məlum olub ki, bir ay öncə saxlanılan R.Mirzəyevin evinə həmin günə kimi baxış keçirilməyibmiş. Bu da ciddi prosessual pozuntu hesab edildiyi üçün Şirvan ŞPŞ rəhbərliyi cəzalandırılıb.
Nazir Vilayət Eyvazovun əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərinə görə ŞPŞ rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib. Şöbənin Cinayət Axtarış şöbəsinin rəisi Bəhruz Mirzəyev, baş əməliyyat müvəkkili Şamil və baş təhqiqatçı isə polis orqanlarındakı xidmətdən xaric edilib.
Hazırda Şirvan ŞPŞ-də kompleks yoxlama aparıldığı bildirilir.
Oxunub : 3290
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












