Xanım sürücüdən DYP rəhbərliyinə müraciət: Yol polisindən AÇIQLAMA - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, məsələ bir daha araşdırılıb. Təhlükəsiz şəhər kameralarına baxış keçirilib və məlum olub ki, xanım sürücü manevr qaydalarını pozan zaman qəza baş verib.
Araz Əsgərli onu da əlavə edib ki, qəbul olunmuş qərar ədalətlidir. "Lakin şikayət edən sürücü bir daha İdarəyə dəvət olunub və ona müvafiq izah veriləcək."
25.11.2022, 16:29
Vətəndaş Mustafayeva Günay Arif qızı Avtosfer.az-a müraciət edərək başına gələn qəza hadisəsi barədə danışıb. Vətəndaş bildirib ki, noyabr ayının 18-i, saat 22:04 radələrində idarə etdiyi 99-NZ-126 dövlət nömrə nişanlı, "Ravon" markalı avtomobil ilə Mikayıl Müşfiq küçəsində hərəkətdə olduğu zaman arxadan sürətlə gələn 77-BH-451 dövlət npmrə nişanlı, "Opel" markalı maşın onu vurub. "Saatda 40 km sürətlə hərəkət edirdim. Sağda avtomobil dayandı və mən sola manevr etmək istədim. Bu zaman arxadan çox sürətlə gələn maşın mənim idarə etdiyim avtomobilə çırpıldı. Maşının iki dəfə yerində fırlandı və məni vuran sürücü yenidən maşınımən qabaq hissəsinə çırpıldı. Ardınca isə idarəetməni itirərək yolun digər tərəfində dayanmış iki başqa avtomobilə dəydi. Hadisə zamanı təhlükəsizlik kəməri həyatımı xilas etdi."
Günay Mustafayeva deyir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində qəzaya hüquqi qiymət verilməsi üçün dəvət olunub. "Otaqda qəzanı törədən sürücü də var idi. Qəzanı araşdıran inspektor günahın həm də məndə olduğunu bildirdi. Mən 102 xidmətinə şikayət etdim. Bütün gün İdarədə qaldım. Daha sonra mənə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə protokolu gəldi. Qəza baş verən ərazidə olan obyektlərdən birinin təhlükəsizlik kamerasından görüntüləri əldə etdim. Təqdim olunan videodan da görünür ki, günah məndə deyil."
Günay Mustafayeva onu da əlavə edib ki, avtomobili yararsız vəziyyətə düşüb. "Yol polisi qəzaya qiymət verən zaman 50/50 prinsipini həyata keçirib. Bunu ədalətsiz hesab edirəm. Heç bir günahım olmadığı halda avtomobilimə dəymiş maddi ziyanı sığorta şirkəti tam ödəməyəcək. Əziyyət çəkib 0 km maşın almışam və hazırda bu cür çətin durumda qalmışam."
Vətəndaş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən işə ədalətli yanaşmaq üçün nəzərətə götürülməsini xahiş edib.
Qəzanın baş vermə anının görüntülərini təqdim edirik:
Fərid
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
















