Xırdalanda YPX avtomobili qəzaya düşüb - VİDEO

Abşeronda Yol Patrul Xidmətinin (YPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.
Hadisə Xırdalan şəhərində baş verib. YPX avtomobili, “Ford Fusion” və daha bir nəqliyyat vasitəsinin toqquşması ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Qəza ilə bağlı Oxu.Az- a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hadisə ötən gün Abşeron rayonu Mühəndislik Universitetinin qarşısında baş verib.
O bildirib ki, 77-LC-691 dövlət nömrə nişanlı BMW Markalı avtomobil ilə 99-PY-575 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil toqquşub.
BMW toqquşmanın təsirində əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan “Hyundai” markalı YPX avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












