Yasamalın islah olunmayan “avtoş”u yenidən saxlanıldı - Nömrəni dəyişib, 3900 manat cəriməsi var - FOTO

Paytaxtın Yasamal rayonu ərazisində “VAZ 2106” markalı, 99-OS-084 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin YPX əməkdaşları tərəfindən saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı iddialara aydınlıq gətirilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sürücülük hüququ mədudlaşdırılmış Rauf Sultanovun idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsinin üzərində olan 99-OS-084 dövlət qeydiyyat nişanının “Tofaş” markalı avtomobilə məxsus olduğu müəyyən edilib. Bununla yanaşı nəqliyyat vasitəsinin üzərində 3900 manat məbləğində ödənilməyən cərimə borcunun olması, eləcə də avtomobilə normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılması və dəyişdirilməsi halı da aşkar edilib.
Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən R.Sultanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol açılaraq nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.
Nərmin



Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO















