“Yol hərəkəti qaydalarını öyrənək!” adlı məşğələ keçirildi - FOTO

Bakıda 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzində 339 saylı körpələr evi - uşaq bağçasının müraciəti nəzərə alınaraq məktəbə hazırlıq qrupunun uşaqları üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndirici məşğələ keçirilib. Avtosfer.az xəbər verir ki, məşğələdə uşaqlarla birgə müəllimlər və valideynlər də iştirak edib. Əvvəlcə onlar uşaq avtoşəhərciyi və oradakı yol nişanları, nişanlanma xətləri ilə tanış olub, piyada keçidlərindən istifadə etməklə svetoforun işarələrinə əməl edib yolu keçmək qaydalarını nümayiş etdiriblər.
Uşaqlara birtərəfli və ikitərəfli yolların fərqi izah edilib, bu yolların keçilmə qaydaları göstərilib. Şəhərcik ərazisində istifadə olunan texniki vasitələrə baxış uşaqların marağına səbəb oub. Sonda komandalara ayrılmış uşaqlarla yol hərəkəti qaydalarına aid viktorinalar, oyunlar keçirilib, pazıllarla müxtəlif yol nişanları yığılıb.
Məşğələdə Bakı Şəhər BPİ DYP İdarəsinin polis kapitanı Pərvanə. Muradova, polis leytenantı Elnur.Mahmudov, 1 nömrəli uşaq–gənclər inkişaf mərkəzinin direktoru Kəmalə xanım Abdullayeva və mərkəzin əməkdaşları iştirak ediblər.
Emin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO























