Yol polisi avtomobiin yanmasının səbəblərini açıqladı - Bu məqamlara DİQQƏT EDİN - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, isti hava nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır:
"Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır. Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi son günlər bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edir".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












