Yol polisi avtovağzalda sürücülərlə görüş keçirdi - FOTOLAR - VİDEO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücü və sərnişinlərlə görüş keçirib. Avtosfer.az xəbər verir ki, Avtovağzal Kompleksi ilə birgə təşkil olunmuş tədbirdə Baş DYP İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli, həmin şöbənin inspektoru, polis leytenantı Elvin Hacıyev və YPX Alayının qərargahının inspektoru, polis mayoru Səbuhi Məmmədov və ekspert Elməddin Muradlı iştirak edib.
Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilib, bununla yanaşı səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də iş və istirahətət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılıb, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə sürücülərə yollarda ehtiyatlı olmaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün şinləri normalara və mövsümə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməmək, metroloji şəraitə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını yoxlamaq, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməmək tövsiyyə edilib.
Görüşdə qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal nümayəndələri, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu bildiriblər.
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















