Yol polisi Bakıda geniş yoxlama keçirdi; qayda pozanlar CƏRİMƏLƏNDİ – VİDEO

Bakı şəhəri ərazisində “Təmiz hava aylığı” ilə əlaqədar yol polisinin təşkili ilə əlaqədar tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə bu gün keçirilən tədbirin məqsədi atmosferin avtomobillərin ixrac etdiyi qazların tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.

“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbətlər apararaq onlara qanunvericiliyin tələblərini izah edib. Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib. Əksər sürücülərin avtomobilləri normalara cavab verib. DYP əməkdaşları həmin sürücülərə təşəkkürünü bildirib.

Tədbir zamanı avtomobili zərərli qazları normadan artıq ixrac edən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Sürücülərin diqqətinə çatdırılıb ki, istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etsinlər.
Xatırladaq ki, ölkə ərazisində “Təmiz hava" aylığı ilə bağlı tədbirlər davam etdirilir.
Səfər
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












