Banner

Yol polisi bu yerdə qanunsuz cərimə yazır? - Sürücüləri çaşdıran görüntülər yayıldı - VİDEO

Yol polisi 21 Noyabr 2022 14:00 Oxunub 3178
Yol polisi bu yerdə qanunsuz cərimə yazır?   - Sürücüləri çaşdıran görüntülər yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkə istifadəçilərindən biri paytaxtın kənar dairəvi yolunun sonunda yol polislərinin qanunsuz olaraq cərimə tətbiq etdiyini qeyd edib. Avtosfer.az xəbər verir ki, vətəndaş video çəkərək düzünə Şamaxinka, sola Xırdalan istiqamətinə gedən yolda hərəkətin təşkilində nöqsan olduğunu bildirib. Bu səbəbdən də orada cərimə yazılmasının doğru olmadığını bildirib. Həmçinin o, sürücülərin istədikləri kimi hərəkət etməsinin qanunsuz olmadığını bildirərək insanlara bu formada çağırış edib.

Ekspert Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, polis əməkdaşlarının adıçəkilən ərazidə nişanlanma xəttinin tələbini pozan sürücüləri cərimələməsində heç bir hüquq pozuntusu yoxdur: "Həmin yolun sol zolağından düzünə - Şamaxinka istiqamətinə gedən sürücülərin cərimələnməsi tam qanunidir. Çünki sol zolaqda hərəkət istiqaməti yalnız sola - Xırdalan istiqamətinə təşkil olunub. Asfalt üzərinə çəkilmiş oxlar isə 3 dəfə təkrarlanır. "Yol hərəkəti haqqında" qanunun 5 saylı əlavəsində qeyd olunub ki, 1.8 nişanlanması, yəni, asfalt üzərinə çəkilmiş oxlar həm müstəqil, həm də 5.8.1 nişanları ilə tətbiq edilə bilər. Əsas tələb odur ki, həmin oxlar 20-30 metr məsafədə 2 və ya 3 dəfə təkrarlanmalıdır. Videodan da göründüyü kimi həmin yolda nişanlanma xətti 3 dəfə təkrarlanır. 1.18 nişanlanması yalnız intensiv hərəkət olan yolayrıclarında (xüsusən svetofor, tıxac, sıxlıq olan yolayrıclarında) 5.8.1 nişanları ilə tətbiq edilməsi zəruri hesab edilir. Dairəvi yolda tıxac yaranmadığı üçün nişanlanma xəttinin üzəri zəbt olunmur. Ona görə də sürücülər bunu rahat şəkildə görə və qavraya bilir. Məsələ burasındadır ki, cərimələnən sürücülər nişanı görə-görə düzünə getdikləri üçün cərimələnirlər. Və nəticədə də günahı özlərində yox, nişanlarda görürlər. Təbii ki, bunlar da sürücülərin klassik bəhanə qaydalarıdır" - deyə ekspert Elməddin Muradlı bildirib 
 
Qeyd edək ki, son zamanlar bəzi sürücülər qaydaları bilmədikləri halda bu cür videolar çəkərək digərlərini də kütləvi şəkildə qayda pozmağa sövq edirlər.

Nərminə Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh