Yol polisi Formula 1 günlərində necə xidmət göstərdi? - Düzgün qərarlar və operativ idarəetmə

Formula 1 Azərbaycan Gran Prisi uğurla başa çatdı. Təbii ki, təhlükəsizliyin təmin edilməsi bu cür mötəbər yarışlarda başlıca şərtdir. Təhlükəsizlik təmin olunarkən yollarda hərəkətin mədudlaşdırılması qaçılmazdır. Bu zaman sürücülər üçün alternativ variantların yaradılması lazım gəlir və bu zaman yol polisinin üzərinə ağır yük düşür. Yol polisləri hərəkəti nizamlamaq üçün 24 saat gücləndirilmiş iş rejiminə keçməklə bu işin öhdəsindən layincə gəldi.

Əvvəlki illərdə gözə görünən nöqsanlar bu il demək olar ki, yox səviyyəsində idi. Çünki iş əvvəldən səmərəli şəkildə təşkil olunmuşdu. Hətta mən müşahidə elədim ki, bəzi yerlərdə yolun bağlanmasından istifadə edib kimlərsə yolu qazıb bu günlər ərzində yaranmış vəziyyətdən istifadə edərək boru xəttini yeniləyirdi. Onlar öz aləmlərində bu boşluqdan istifadə etmək istəyirdilər, lakin yol polisi dərhal müdaxilə edib işləri dayandırdı. Bilindiyi kimi, şəhərin mərkəzinə hərəkət həm Kənar Dairəvi yolla, həm də Bayıl qəsəbəsinin içərisindən müəyyənləşdirilmişdi. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, təkcə bir gün Dövlət Dəniz Agentliyinin qarşısında yol polisi əməkdaşlarının bir neçə dəqiqə olmaması orada xaos yaratmışdı. Dəhşətli tıxac yaranmışdı. Amma yol polisi əməkdaşları orada xidmət apardığı digər günlərdə sürücülərin rahatlığı təmin olunmuşdu, yolda hərəkət qaydasında idarə olunurdu. Hər 200-300 metrdən bir yol polisinin dayanması, radioqəbuledicilər vasitəsilə daim bir-biriləri ilə ünsiyyətdə olması bu işin öhdəsindən layiqincə gəlmələrinə imkan yaratdı.

Hətta onu da deyim ki, Agentlik istiqamətindən gələn avtomobillər buraxılır və növbəti postda dayanan polis əməkdaşına sonuncu nəqliyyat vasitəsinin nömrəsi deyilirdi ki, onun işarəsindən sonra Bayıl ərazisinə daxil olmaq istəyən sürücülərə iki zolaqda hərəkətə üstünlük verilsin. Üstəlik, yol polisi vaxtında ətraf binaların sakinləri ilə təbliğat xarakterli səmərli iş quraraq yol kənarlarında parklanmaya məhdudiyyət qoymuşdular. Sakinlər də bunu normaı qəbul etmişdi deyə qəsəbədaxili yollarda hərəkət intensiz idi.
Bu şəkildə qurulmuş səmərəli fəaliyyət nəticəsində tıxac problemi tez şəkildə həll olunurdu. Təbii ki, daxili işlər naziri, general-polkovnik Vilayet Eyvazovun, eləcə də yol polisi rəhbərliyinin vaxtında və düzgün qəbul etdiyi qərarlar burada müsbət nəticəsini göstərdi.
Hətta bir dəfə özum də bir sürücü kimi komandirlərdən birinə yaxınlaşaraq bildirdim ki, burada hərəkətin tənzimlənməsi gözəl idarə olunsa da, qarşıda dayanma-durma qaydalarını pozan sürücülər problem yaradır. "Bayıl market"in qarşısından buraxılan avtomobillər irəliləyərək qarşıda tıxaca düşür. YPX Alayının komandiri, polkovnik Raif Süleymanovun və tağım komandirinin dərhal müdaxiləsi ilə bu problem də yerindəcə tez zamanda həll edildi.
Həmin günlərdə hara gedirdimsə yolda Bakı şəhər DYP İdarəsinin rəisi, polkovnik Rəşid Piriyevi, rəis müavini, polkovnik Malik İbrahimovu gördüm. Deməli, rəhbər şəxslər də sıravi əməkdaşlarla birgə xidmət edərək əraziyə tam nəzarəti təmin ediblər.

Düşünürəm ki, hər bir vətəndaş yollarda yaranan çətinliklərə bağlı fikrini və şikayətini qəzəb və kinlə deyil, yumşaq şəkildə yol polisi əməkdaşlarına bildirsə, təbii ki, polis də cəmiyyətimizin, ailəmizin bir üzvü kimi bu problemləri aradan qaldırmaq üçün çalışacaq. Belə olduğu halda cəmiyyətimiz daha sağlam ruhda idarə olunar.


Builki Formula 1 yarışlarında göstərdikləri nümunəvi xidmətlərə görə DİN və DYP rəhbərliyinə, eləcə də bütün yol polisi əməkdaşlarına təşəkkür edirəm.
Elməddin Muradlı
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO















