Yol polisi futbolla bağlı sürücülərə müraciət etdi

Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.
Bu barədə Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb:
"Qarabağ və Marsel komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.
Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır."
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












