Yol polisi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirir - VİDEO

Motokuryerlərlə aparılan maarifləndirmə işləri çərçivəsində növbəti tədbir Ekoloji Nəzarət üzrə YPX Bölüyündə keçirilib. Avtosfer.az xəbər verir ki, profilaktika məqsədilə postda saxlanılan moped və motosiklet sürücülərinə hüquq və vəzifələri izah edilib, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələr doğurduğu bir daha onların diqqətinə çatdırılıb. Qaydalara qeyd-şərtsiz əməl edilməsinin vacibliyi aparılan söhbətlərin əsas leytmotivini təşkil edib. Belə ki, piyada səkilərində hərəkətin qadağan olması, sürət həddinə, manevretmə qaydalarına və nizamlama vasitələrinin tələblərinə ciddi əməl edilməsi, sərnişin və yük daşımalara dair tələblərin pozulmaması, motoşilem və digər qoruyucu vasitələrdən istifadənin əhəmiyyəti, tələb olunduğu halda ikitəkərli nəqliyyat vasitələrinin hüquqsuz və dövlət nömrə nişansız idarə etməsinin yolverilməz olması və sair bu qəbildən olan məsələlər barədə motokuryerlərə geniş məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsi motokuryerlər arasında maarifləndirmə xarakterli tədbirlərin davamlı olaraq keçiriləcəyini bildirir və hər bir hərəkət iştirakçısını yolda təhlükəsizlik naminə birgə iştirakçılığa çağırır!
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












