Yol polisi postlarda sürücüləri saxlayıb XƏBƏRDARLIQ ETDİ - VİDEO - YENİLƏNİB

Hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları stasionar postlarda sürücülərlə maarifləndirici söhbətlər aparıb.
Avtosfer.az xəbər verir ki, xüsusilə Bakı-Şamaxı-Ağsu-İsmayıllı istiqamətində hava şəraitinin qarlı olması ilə bağlı nəqliyyat vasitələrinin istifadəçilərinə xəbərdarlıq olunub. Bildirilib ki, şinlər hava şəraitinə uyğun deyilsə, həmçinin sürücü yola nabələddirsə, o zaman alternativ yollardan istifadə olunsun.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edərək yağıntılı hava şəraitinin davam edəcəyini bildirib. Yollarda görmə məhdudiyyəti, həmçinin gecə saatlarında buzlaşma ola bilər. DYP əməkdaşları da öz növbəsində baş verə biləcək təhlükənin qarşısını almaq üçün müvafiq addımlar atır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, idarə qeyri-sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərin gücləndirib: "Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib. Qeyd olunan istiqamətlərdə hərəkət edən avtomobillərin sürücüləri saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilib, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilib, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb. Sürücülərin gedəcəkləri istiqamətlər üzrə yolun vəziyyəti operativ öyrənilərək onlara bu barədə və daha təhlükəsiz hesab olunan alternativ yolardan istifadə barədə məlumatlar verilib".
O qeyd edib ki, qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütamədi olaraq davam etdiriləcək.
Videonu təqdim edirik:
Könül
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












