Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi - FOTO

Bakı sakini Faiq İmanovun başına kuryoz hadisə gəlib.
Avtosfer.az xəbər verir ki, avtomobilini idarə etmədiyi halda ona cərimə yazılıb. Cəriməni araşdırarkən məlum olub ki, o, Salyan rayonu, Xalac kəndi ərazisində sürət həddini aşdığı üçün cərimələnib. Lakin vətəndaş həmin gün Bakıda olduğunu bildirib:
“Bakıda evdə bayram qeyd edirdik, bizim Salyanda nə işimiz var? Sonra SMS-radara baxanda məlum oldu ki, cərimə yazılan avtomobil Yol Patrul Xidməti (YPX) avtomobilidir. Sadəcə nömrə nişanları oxşardır. Mənim avtomobilimin nömrə nişanı 99 XP 939-dur. Radara düşən avtomobil isə 99 YP 939”.
Şikayətçi bildirib ki, üçüncü dəfədir ki, nömrə oxşarlığı səbəbindən ona səhvən cərimə yazılır: “Məsələ ilə bağlı 102, 902-yə
dəfələrlə zəng etmişəm. Amma həmin cərimələri sildirə bilməmişəm”.
Baş Dövlət Yol Polisi İdarəsindən Bakupost.az-a bildirilib ki, fakt təsdiqlənərsə, vətəndaşa yazılan cərimə ləğv olunacaq.(baku.post)


Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












