Yol polisi sərxoş halda avtomobil idarə edənləri saxladı

Tovuzda Yol Patrul Xidməti sürücülərə qarşı reyd keçirib.
Avtosfer.az-ın məlumatına görə, Tovuzda Yol Patrul Xidməti əməkdaşları qanun pozan xüsusilə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı mövsümi reydlərə start veriblər.
Qanunları pozaraq, sərxoş vəziyyətdə avtomobil idarə edənlər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Tovuz rayonunun Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları istirahət məkanlarına gedən yollarda keçirdikləri reyd zamanı qanunun tələblərini pozan onlarla sürücü barədə inzibati protokol tərtib edib və avtomobilini müvafiq sənədləri olmadan, həmçinin sərxoş halda idarə edən sürücülərin nəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilib.
Qeyd edək ki, xoşagəlməz halların baş verməsinin və qanun pozuntularının qarşısının alınması məqsədi ilə bu cür yoxlamalar yay mövsümünün sonuna kimi davam etdiriləcək. Reyd zamanı sərxoş halda icra nümayəndəsinin müavini də avtomobilini idarə edərkən saxlanılıb, YPX əməkdaşlarına təhqiramiz ifadələr səsləndirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












