Yol polisi uşaqlarla maarifləndirici tədbir keçirib - FOTO

Dekabrın 9-u 2022-ci il tarixində “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 5 nömrəli tam orta məktəbdə “Uşaqlar yol hərəkət qaydalarını necə öyrənib?” mövzusunda intellektual yarış keçirilib.
Məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin polkovnik leytenantı Kəmalə Ələkbərova, Bakı Şəh ər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Murado va, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, uşaqlar və valideynlər iştira k edi b.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb. Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş olunub, yol təhlükəsizliyini necə yaxşılaşdırmaq və məktəb ərazilərində yol nəqliyyat hadisələrinin sayının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışılıb.
Tədbir zamanı mövzu ilə bağlı yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Baş Polis İdarəsinin polkovnik leytenantı Kəmalə Ələkbərova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, , Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri Sevad Əsgərova və Cəmilə Qənbərova olub.
25 nəfər ibtidai sinif şagirdlərindən təşkil olunmuş 5 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. “Sarılar” komandası I, “Sərnişinlər” komandası II, “Piyadalar” komandası III yeri tutaraq diplomlarla təltif olunublar.
Sonda 5 nömrəli tam orta məktəbin rəhbərliyi yarışın təşkilatçılarına təşəkkürünü bildirdi.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO















