Yol polisi xoruldayan moto və moped sürücülərinə qarşı reydlərə başladı - FOTO - VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar. Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb.


Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












