Yol polisindən avtobus zolaqları ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
Müraciətdə deyilir:
“Paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etməyi xahiş edirik.
Əks təqdirdə hər bir sürücü bilməlidir ki, təyinatı üzrə öz zolağı ilə hərəkət etməyib, avtobus zolağına daxil olduqda bu əməl İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, yəni nişanın tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Nəzərə alsaq ki, qayda pozuntuları paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Lakin paytaxtın Qara Qarayev, Məhəmməd Hadi, Atatürk və Ziya Bünyadov kimi nəqliyyatın daha da intensiv olduğu ərazilərdə əlavə naryadlar cəlb olunmaqla ərazi üzrə nəzarət edilir. Avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axının səmərəli formada hərəkətini təşkil etməklə nəqliyyat ehtiyaclarının ödənilməsi və yollarda əlavə yüklənmənin olmaması üçün hər bir sürücüdən anlayışlı münasibət tələb olunur”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












