Yol polisindən dəhşətli qəzalarla bağlı ÇAĞIRIŞ - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər baş verən dəhşətli yol qəzaları ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli son günlər baş vermiş yol nəqliyyat hadisələrinin məsuliyyətsizliyin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir:
“Son günlər insan tələfatı ilə nəticələnən ağır qəzalar əksəriyyətin gileyləndiyi tıxac və sıxlıqlarda deyil, sürətli yollarda və qayda pozuntuları nəticəsində baş verib. Yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir. Əksəriyyət qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir! Minbir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Naməlum səbəbdən bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atır. Kimsə bu ağır faciələrdən sığortalanmayıb. Bir daha Sizdən xahiş edirik ki yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyatlı olmağı tələb edin! Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












