Yük maşınına projektor quraşdırıb heyvan şəkli çəkdirən sürücü cəzalandırıldı - VİDEO - FOTO

İdarə etdiyi nəqliyyat vasitəsində qanunsuz olaraq projektordan istifadə edən sürücü inzibati məsuliyyətə cəlb olunub. Baş DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, “Scania” markalı, 90-RY-438 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Rzayev Allahşükür Valeh oğlu nəqliyyat vasitəsinə əlavə projektorlar quraşdıraraq və ban hissəsinə müxtəlif məzmunlu rəsmlər çəkdirərək idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tənbeh tədbirləri görülüb: "Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinə projektorların quraşdırılaraq istifadəsi sutkanın qaranlıq vaxtı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsini məhdudlaşdırır ki, buda nəticə etibarı ilə yollarda hansısa bir xoşagəlməz hadisənin baş verməsinə səbəb olur. Həmin sürücülərin bir daha diqqətinə çatdırırıq ki, qeyd olunan avadanlıqdan istifadə qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.
Eyni zamanda bəzi sürücülər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də, nəqliyyat vasitələrinin ban hissəsinə müxtəlif məzmunlu yazılar və rəsmlər çəkdirirlər ki, bu hal da yolverilməzdir. Nəzərə almaq lazımdır ki, belə rəsmlər və yazılar digər sürücülərin diqqətini yoldan yayındırmaqla, yol-nəqliyyat hadisəsinin baş verməsinə şərait yaradır".
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO














