DYP yükdaşıma qaydalarına pozan sürücülərə xəbərdarlıq edib - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma qaydalarına pozan sürücülərə xəbərdarlıq edib.
İdarədən Avtosfer.az-a daxil olan xəbərdarlıqda deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarına pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir. Yüklərin daşınması zamanı avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsi hallarının doğurduğu fəsadlar, o cümlədən yol örtüyünün vaxtından tez sıradan çıxması, yolun deformasiyaya uğraması nəticəsində qəza riskinin dəfələrlə artması, digər hərəkət iştirakçıları üçün real təhlükə yaranması və sair neqativ hallar barədə dəfələrlə xəbərdarlıq edilməsinə, maarifləndirmə xarakterli tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, yenə də müvafiq tələbləri pozan sürücülərə rast gəlinir.
İdarə bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalıdır.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə həmin şəхslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












