Yük maşınlarının arxa duman işığı "DƏBİ”: Hansı CƏRİMƏ GÖZLƏYİR? - VİDEO

Bəzi yük avtomobillərinin arxa hissəsinə quraşdırılan duman işıqları sürücülərin haqlı narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, sosial şəbəkədə bu narazılığı əks etdirən videogörüntü yayımlanıb.
Qeyd olunub ki, son vaxtlar bəzi yük maşınlarının sürücüləri tərəfindən quraşdırılan bu cür işıqlar qanunsuz olmaqla yanaşı, həm də arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri üçün real təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələ ilə bağlı Oxu.az-a bu cür konstruksiya dəyişikliklərinin yolverilməz olduğunu bildirib.
O qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi onun konstruksiyasının tələblərinə uyğun olmalıdır:
"Hazırda sosial şəbəkə seqmentində paylaşılan videogörüntü ilə bağlı qeyd edim ki, orada yük avtomobilinin arxa hissəsində ağ rəngli işıq cihazının quraşdırılması kobud qayda pozuntusudur və əlavə avadanlıq hesab olunur. Bu cür hallar digər hərəkət iştirakçıları üçün ciddi çaşqınlıq yarada və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər ki, bu da yolverilməzdir", - deyə M.Ağayev bildirib.
Polis polkovnik-leytenantı onu da diqqətə çatdırıb ki, bu cür konstruksiya dəyişikliyinə görə sürücülər 150 manat cərimə oluna bilərlər.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin tələbinə əsasən, geriyə hərəkət fənərləri və müəyyən işıqlarla işıqlandırılan dövlət qeydiyyat nişanları istisna olunmaqla, nəqliyyat vasitəsinin önünə qırmızı, arxasına isə ağ rəngli işıq cihazları qoşmaq olmaz. Nəqliyyat vasitəsinin işıq cihazlarında hər hansı nasazlıq varsa, o, mütləq aradan qaldırılmalıdır.
Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün deyilsə, fiziki şəxslər nəqliyyat vasitəsinin idarəetməsindən kənarlaşdırılır və 150 manat məbləğində cərimə edilirlər.
Baş Dövlət Yol Polisi İdarəsi olaraq, bir daha bütün sürücüləri bu cür konstruksiya dəyişikliklərindən çəkinməyə çağırırıq", - deyə M.Ağayev vurğulayıb.
BDYPİ rəsmisi əlavə edib ki, faktla bağlı araşdırma aparılır və qanunamüvafiq tədbir görüləcək.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












