ABŞ-da lüks avtomobil satışı bumu yaşanıb

ABŞ-da, pandemiyaya baxmayaraq, “Bentley Motors” və “Lamborghini” kimi nüfuzlu markaların avtomobillərinin satışı orta qiymət seqmentindəki avtomobil satışlarının azalması fonunda artıb.
Bu barədə CNN telekanalı “J. D. Power” tədqiqat şirkətinə və avtomobil istehsalçılarının məlumatlarına istinadən məlumat verib.
Telekanalın məlumatına görə, 2020-ci ilin dördüncü rübündə ABŞ-da 80 min dollardan baha olan avtomobillərin satış sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə iki dəfə, dəyəri 100 min dollardan çox olan avtomobillərin satışı isə 63 % artıb.
“Bentley Motors” üçün keçən il şirkətin qurulduğu gündən bəri satış sayı baxımından ən uğurlu il olub. Şirkət bir ildə 11 206 avtomobil satıb. Bu, 2019-cu ilə nisbətən 100 ədəd daha çoxdur. “Lamborghini” 2020-ci ildə mövcud olduğu dövr ərzində ən yüksək mənfəət əldə edib. Üstəlik, keçən il satılan avtomobil sayına (7 430 ədəd) görə şirkət tarixində ikinci yeri tutub.
“40 ildir bu biznesdəyəm və hələ heç vaxt belə şey görməmişdim”, - CNN “Bentley”, “Lamborghini” və “Bugatti” dileri olan “Manhattan Motors”un rəhbəri Brayan Millerdən sitat gətirib. Mütəxəssislər hesab edir ki, bu, zəngin vətəndaşların pandemiyanın təsirləri səbəbindən sərbəst səyahət edə bilməməsi və nəticədə pulunu ən bahalı avtomobillər də daxil olmaqla, lüks mallar alması ilə əlaqədardır. (“Report”)
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...








