Alfa Romeo Quadrifoglio xəttindən olan Giulia və Stelvio modellərini yeniləyib

Avtobazar 8 May 2020 10:45 Oxunub 1959
Alfa Romeo Quadrifoglio xəttindən olan Giulia və Stelvio modellərini yeniləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Overbust" aktivləşdirilir və buraxılış sisteminin çəpərcikləri açılır

Alfa Romeo şirkəti "bərkgedən" Alfa Romeo Giulia və Stelvio Quadrifoglio modellərini yeniləyib. Planlaşdırılmış yenilənmə italyan markasının 110-illik yubileyinə təsadüf edir.

Avtomobillərin eksteryerində baş vermiş yeganə dəyişiklik qara rəngli eksteryer elementlərindən ibarətdir. Texniki cəhətdən dəyişikliklər azdır. Hər iki modelin kapotunun altında  510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik V6 biturbomühərriki yerləşir. Mühərrik 8-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.

 

Giulia və Stelvio Quadrifoglio modellərinin təchizatına dartma vektoruna nəzarət sistemi, Q4 tam ötürməsi (yalnız Stelvio), elektron idarə olunan amortizatorları olan adaptiv asqı, aktiv ön splitter və Race profilinə malik hərəkət rejimləri selektoru daxildir. Bu rejimdə ötürmələr daha yeyin və kəskin şəkildə edilir (150 millisekund), "Overbust" aktivləşdirilir və buraxılış sisteminin çəpərcikləri açılır.

Üstəlik, buraxılış sistemi dörd çıxış borusu olan standart səsboğucu sistem, və yaxud bu ildən təklif edilən, karbondan uclaqları olan titandan hazırlanmış Akrapovič buraxılış sistemi ola bilər. Yenilənmiş avtomobilləri fərqli naxışları olan arxa LED işıqları və qara parlaq radiator barmaqlığı, Stelvio Quadrifoglio krossoverini isə, əlavə olaraq, 21-düymlük yeni təkər diskləri sayəsində tanımaq olar.

"Bərkgedən" Giulia və Stelvio Quadrifoglio modellərinin salonunda yeni sükan çarxı və transmissiyanın dəstəyi quraşdırılıb. Mərkəz konsolun dizaynı da dəyişdirilib. Təhlükəsizlik kəmərlərini klassik qara, qırmızı və ya yaşıl rəngdə sifariş etmək olar. Bir müddət sonra, istehsalçı opsiyalar siyahısına dəlikli dərindən kreslo örtüklərini əlavə etməyi vəd edir - standart olaraq, kreslolar dəri və alkantara ilə örtülür.

8,8-düymlük sensorlu ekranı olan yeni multimedia sistemi onlayn xidmətlərə girişi, habelə üfürmənin təzyiqinin temperaturu və fırlanma anının təkərlər arasında paylaması məlumatlarını əks etdirən Performans Pages əlavəsini əldə edib. Üstəlik, sedan və krossoverdə smartfonlar üçün simsiz doldurma sistemi də mövcuddur.

2020-ci ilin modelləri üçün sürücüyə yardım sistemlərinin siyahısı genişləndirilib. Bosch şirkəti ilə birlikdə hazırlanmış kompleksə zolaqda saxlama köməkçisi, kor zonalara nəzarət, aktiv kruiz-kontrol, "ağıllı" sürət məhdudlaşdırıcısı, yol nişanlarını tanıma funksiyası, sürücünün vəziyyətini izləmə sistemi, tıxaclarda və magistral yollarda hərəkət üçün köməkçilər daxildir.

Nəhayət, Quadrifoglio xətti üçün şirkət kuzov boyası seçimlərini dəyişdirib. İndi "livreyalar" dörd kateqoriyaya bölünür: Competizione (markanın yarış irsinə aiddir), Metal (görünüşə daha çox dinamizm gətirir), Solid (ənənəvi rənglər) və Oldtimer (Alfa Romeo markasının tarixinə işarədir). Sonuncu, italyan markası və İtaliya ilə bağlı olan Red 6C Villa d'Este, Ocher GT Junior və Montreal Green çalarları ilə təmsil olunur.(autograph.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh