Almaniyada elektrik avtomobillərinə qarşı çıxdılar - FOTO

Elektrikli nəqliyyat vasitələrinin çoxalması yükləmə teminallarına qarşı törədilən vandalizm hərəkətlərinin artması ilə müşayət olunur.
Bu dəfə belə bir hadisə Almaniyanın Münehn şəhərində baş verib - naməlum şəxslər yükləmə konnektorunu çəkilmiş ətlə doldurublar.
Şəhər rəhbərliyinin hesabatında vandalizmin elektrik terminalının zədələnməsinə gətirib çıxardığı və yükləmə konnektorunun dəyişdirilməli olduğu bildirilib. Ancaq bu "zarafatı edənlər" tapılmayıb. Naməlum şəxslərin terminalı xarab etməsi üsulu, onların adi xuliqanlar olduğunu deyil, əksinə elektrikli nəqliyyat vasitələrinin əleyhdarları olduqlarını göstərir.
Öz növbəsində, Münhen şəhər hakimiyyəti terminallarda baş verən vandalizm hadisələrinin artmasından şikayətlənirlər. Bununla birlikdə, Bavariyanın paytaxtında belə hadisələrin baş vermə ardıcıllığı nisbətən azdır - ölkə üzrə orta hesabla 17 faiz belə hadisə qeydə alındığı halda, Bavariyada bu göstərici cəmi 3 faiz təşkil edir. Bununla birlikdə, elektrikli nəqliyyat vasitələrinin sahibləri yalnız Avropada deyil, Atlantik okeanının digər tərəfində də aqressiv hərəkətlərlə qarşılaşırlar.
Əksər hallarda, belə qəbildən olan xəbərlərdə Tesla avtomobillərinin adı hallanır. Məsələn, bir çox hallarda terminalların yaxınlığındakı elektrokarlar üçün nəzərdə tutulmuş park yerləri blok edilir və ya onları səsboğucu sistemindən çıxan his buluduna bürüyürlər. Sonuncu hadisənin dizel mühərriki ilə təchiz edilmiş iri pikap sahibləri tərəfindən törədildiyi bildirilir.

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










