Avropada elektrik və hibrid avtomobillərin satışı sürətlə artır

Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) 2020-ci ildə Aİ (Avropa İttifaqı) ölkələrində yanacaq növləri üzrə avtomobil satış məlumatlarını araşdırıb.
“Anadolu” agentliyi xəbər verir ki, nəticələrə əsasən, 2020-ci ildə Aİ ölkələrində satılan avtomobillərin 47,5 faizi benzin, 28 faizi dizel, 11,9 faizi hibrid, 10,5 faizi elektrik və 2,1 faizi alternativ yanacaq istifadə edilənlər olub.
Aİ ölkələrində 2019-cu ildə benzinlə işləyən avtomobil satışları 7 514 812 idisə, 2020-ci ildə 37,3 faiz azalaraq, 4 713 778-ə düşüb.
Eynilə dizellə işləyən avtomobillərinin satışları 2019-cu ildəki 4 106 951-dən 32,3 azalaraq, 2020-ci ildə 2 778 817 olub.
2019-cu ildə 742 084 ədəd hibrid avtomobilin satışı 2020-ci ildə 59,4 faiz artaraq, 1 182 792-yə çatıb.
Tam elektrikli avtomobillərin (BEV) satışları 117,4 faiz artaraq, 2019-cu ildəki 247 854-dən, 2020-ci ildə 538 772-yə qalxıb.
2020-ci ildə elektrik və hibrid avtomobillərin satışı artaraq ümumi bazarda payı 22,4 faizə çatıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










