“Avtolüks Azərbaycan” şirkəti onlayn satışlara start verdi - FOTO

Avtobazar 11 Aprel 2020 17:30 Oxunub 2199
“Avtolüks Azərbaycan” şirkəti onlayn satışlara start verdi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xidmət mərkəzlərinə gələ bilməyən müştərilər üçün isə Səyyar Servis Xidməti mövcuddur

Avtomobil bazarının aparıcı şirkətlərindən olan “Avtolüks Azərbaycan” karantin rejimi dönəmində avtomobil almaq arzusunda olan vətəndaşların təhlükəsizliyini düşünərək onlara evdən çıxmadan avtomobilə sahib olmaq imkanı verən onlayn satışlara start verib. 

Bundan ötrü əvvəlcə şirkətin rəsmi nümayəndəsi olduğu brendlərin rəsmi saytlarında, sosial media səhifələrində (Facebook və Instagram) yerləşdirilmiş xüsusi sorğu formasını doldurmaq lazımdır. Daha sonra peşəkar satış məsləhətçiləri avtomobil almaq niyyəti ilə müraciət edənlərə zəng edir, onlayn imkanlar hesabına onlara maraqlarına və ehtiyaclarına uyğun avtomobil seçməkdə yardımçı olurlar. 

Müştəri alış qərarını verdikdən sonra elektron formada zəruri sənədləşmə işləri yerinə yetirilir. Müştərinin ödənişdən sonra əldə etdiyi avtomobil evakuatorla yaşadığı ünvana çatdırılır və ona təhvil verilir.

Şirkətdən verilən məlumata görə, onlayn satışa maraq kifayət qədər yüksəkdir. Artıq onlayn yolla satılan ilk avtomobil - “Range Rover” modeli sahibinə təhvil verilib. Marağı artıran digər amillər şirkətin müştərilərə təklif etdiyi endirimli qiymətlər və 20%-dən başlayan ilkin ödəniş, 12% illik bank faizi olmaqla dörd ilədək sərfəli kredit imkanıdır. 

Evdən çıxmadan arzuladığı avtomobilə sahib olmaq istəyən hər kəs aşağıda qeyd olunan linklərə keçid etməklə bu fürsətlərdən faydalana bilər:

“Land Rover” - https://docs.google.com/forms/d/e/1FAIpQLSdzU-DdHxm1hY_nAHybex5xDyX9JnfacEyobVlPVcWnwnrA8A/viewform  

“Jaguar” - https://docs.google.com/forms/d/e/1FAIpQLSegVDE4w-5CFMhXvmuATqVyWwrf-CYkeGN77R3hlcJS9as-2g/viewform

“Jeep” - https://docs.google.com/forms/d/e/1FAIpQLSdkZQAc4wlCyLfepVxH0KwWblHuU-n5wx8xREW7FG8oy5JUxQ/viewform

“Alfa Romeo” - https://docs.google.com/forms/d/e/1FAIpQLSfHtSqJ2e5Qn7I2Y-H8yR4sA6xosIxHPK_5uPiHzboB8sltPQ/viewform

“Fiat” - https://docs.google.com/forms/d/e/1FAIpQLScIBTZlhcC7HugwFRWY95yBkU7GXGuFdgdOEgkmdztfWuQJPQ/viewform

“Dodge”  - https://docs.google.com/forms/d/e/1FAIpQLScYe685MrDsmIPlWf9l4dTqYso4ca9HRVq_SrZQ_uTuaeoKcw/viewform

Qeyd edək ki, ölkədə tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq “Avtolüks Azərbaycan” MMC-nin bütün satış mərkəzləri müvəqqəti olaraq qapalıdır, texniki xidmət mərkəzləri isə bazar ertəsi – şənbə, saat 10:00-16:00 aralığında fəaliyyət göstərir. Xidmət mərkəzlərinə gələ bilməyən müştərilər üçün isə Səyyar Servis Xidməti mövcuddur.   

Əlavə məlumat üçün 055-983-0-983 / 055-214-19-49 nömrələrinə zəng edin və ya [email protected] elektron ünvanına yazın.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh