Avtomobil bazarında yeni tendensiya: alıcıların üstünlük verdiyi avtomobillər

Son 1 ildə Bakıda avtomobil bazarında yeni tendensiya formalaşıb, insanlar artıq kiçik mühərrikli avtomobillərə üstünlük verir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Vaqif Hüseynov deyib.
V.Hüseynov bildirib ki, avtomobil bazarında 20 min manatdan bahalı avtomobillərin satışında durğunluq müşahidə edilir:
"Bahalı seqmentə aid olan avtomobillər Aİ95 və Aİ98 markalı yanacaq növlərindən istifadə etdiyinə görə və həmin yanacaq növlərinin qiymətində də bahalaşma olduğu üçün bu avtomobillərə maraq xeyli azalıb, satışında durğunluq var".
Ekspertin sözlərinə görə, əvvəllər insanlar mühərrik həcmi böyük olan avtomobillərə üstünlük verirdilər, indi isə əksi baş verir: "Biz həmişə deyirdik ki, Avropada insanlar kiçik və ekonom avtomobillərdən istifadə edir. Artıq son bir ildə Bakıda da bu tendensiya formalaşmağa başlayıb. İnsanlar kiçik mühərrikli, salonu nisbətən geniş avtomobillərə üstünlük verirlər. Əvəllər prestij üçün daha çox bahalı avtomobillərə üstünlük verilirdi və onun yanacağına xərclənən vəsaiti nəzərə almırdılar. Artıq avtomobilin ekonomluğuna diqqət edilir".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










