Avtomobil satışları 2008-ci ildən bəri minimuma enib

Bu ilin noyabr ayında Böyük Britaniyada yeni avtomobillərin satışları illik nisbətdə 27,4% azalaraq 113,8 min ədədə düşüb.
"APA-Economics"in məlumatına görə, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.
"Yeni məhdudiyyətlər səbəbindən ölkədəki satış salonlarının bağlandığı bir ayda 113 781 yeni nəqliyyat vasitəsi qeydiyyata alınıb ki, bununla da satışlar 2008-ci ildə qeydə alınan səviyyəyə qayıdıb", - açıqlamada deyilir.
Eyni zamanda, SMMT qeyd edir ki, noyabr ayında avtomobil satışlarındakı azalma pandemiyanın ilk dalğası dövründəki qədər güclü deyildi – apreldə ölkədə qeydiyyata alınan avtomobillərin sayı rekord 97,3% azalmışdı.
"Bu dəfə pərakəndə satış mərkəzləri və istehsalçılar sifarişləri yerinə yetirmək üçün daha yaxşı hazırlaşıb", - açıqlamada qeyd olunub.
Həmçinin qeyd olunub ki, yanvar-noyabr aylarında Böyük Britaniyanın avtomobil bazarı illik ifadədə 30,7% azalıb, bu dövrdə ölkədə 1,5 mln. avtomobil satılıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










