"AvtoVAZ" komponentlərin çatışmazlığına görə bir neçə modelin istehsalını dayandırıb

Rusiyanın "AvtoVAZ" şirkəti elektron komponentlərin tədarük olunmaması səbəbindən "Lada Xray", "Lada Largus", "Renault Logan" və "Renault Sanderо" avtomobil modellərinin yığıldığı ilk xətdə istehsalı birgünlük dayandırıb.
Avtosfer.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, detalların çatışmazlığı səbəbindən "AvtoVAZ" artıq bəzi modellərin istehsalını iyun ayında dayandırmışdı.
"AvtoVAZ” "Bosch Samara" şirkəti tərəfindən elektron komponentlərin tədarük edilməməsinə görə B0 platformasında avtomobillərin yığılması xəttindəki istehsalını bir gün dayandırmağa məcburdur. Birgünlük dayanma üçün xətt işçilərinə ödəniş Əmək Məcəlləsinə uyğun olaraq orta qazancın 2/3-ü miqdarında ödəniləcəkdir", - şirkətdən bildirilib.
Xatırladaq ki, iyun ayında ehtiyat hissələrinin çatışmazlığı səbəbindən işlərin dayandırılmasından sonra "AvtoVAZ" altıgünlük iş həftəsinə keçib. 7 iyulda şirkətin prezidenti Nikolya Mor (Nicolas Maure) "AvtoVAZ"ın elektron komponentlərin tədarükündə hələ də çətinlik çəkdiyini demişdi. Onun sözlərinə görə, detalların tədarükü ilə bağlı problem getdikcə çətinləşir.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










