Azərbaycan 38 mindən artıq avtomobil idxal edib

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xaricdən 38 min 632 ədəd avtomobil idxal edib.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal edilən avtomobillərin ümumi statistik dəyəri 462,7 milyon ABŞ dollarını təşkil edib.
Belə ki, idxal edilən 129 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin ümumi statistik dəyəri 11,6 milyon dollar, həmçinin, 36 mindən çox adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib ki, onların da ümumi statistik dəyəri 401,7 milyon dollar olub.
Eyni zamanda, onlardan daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 3 min 678 olub ki, bunların ümumi dəyəri 20,9 milyon ABŞ dollarını təşkil edib.
8,1 milyon dollar dəyərində 142 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri, 35,1 milyon dollar dəyərində 2 min 377 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 14,1 milyon dollar dəyərində 90 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










