Azərbaycan avtomobil bazarında son vəziyyət – Lider hansı markadır?

Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı artır. Bəs görəsən hazırda Azərbaycanda avtomobil bazarında vəziyyət necədir? Məsələ ilə bağlı 1news.az-a danışan əmlak məsələri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda avtomobil bazarında qiymət dəyişimi müşahidə olunmur: “Ümumiyyətlə, hazırkı dövr avtomobil bazarı üçün passiv dövr kimi xarakterizə olunur. Çünki il yeni dəyişib, xüsusilə ilkin avtomobil bazarında əməliyyatların aşağı olduğu dövr sayılır. Təkrar bazarla ilkin bazar markalara maraq məsələsində fərqlənir. İlkin bazarda son illərin tendensiyası göstərir ki, bazarda daha çox 2 Yaponiya və 2 Koreya markası arasında liderlik uğrunda mübarizə gedir. Liderlik uğrunda Yaponiyanın “Toyota” markası ilə Cənubi Koreyanın “Hyundai” markası və Yaponiyanın “Nissan” markası ilə Koreyanın “KİA” markası mübarizə aparır.
Təkrar bazarda vəziyyət bir az fərqlidir. Uzun illərdir ki, “Mercedes” bazarda liderliyi qoruyub saxlayır. Amma müşahidələr göstərir ki, təxminən 2011-2012-ci ildən bu yana “Mercedes”in bazardakı təklif portfelindəki payı 30 faizdən 16 faizə düşüb. Bu kifayət qədər böyük bir göstəricidir. “Toyota”nın təkrar bazardakı payı isə son illərdə 9,5 faizə yaxınlaşır. Bu onu göstərir ki, təkrar bazarda da “Toyota”, “Hyundai”, “KİA” və “Nissan”ın payı artmaqdadır. Fevral ayının sonlarından, mart ayının əvvəlindən avtomobil bazarında aktivliyin artması gözlənilir”.
R.Osmanlının sözlərinə görə, Azərbaycanın istehsal etdiyi avtomobil markalarının bazardakı payı ümumi bazarın heç 1 faizini də təşkil etmir.
“Ona görə də hələlik yerli avtomobillər ciddi bir dəyişiklik yaradacaq gücdə deyillər. Azərbaycanın istehsal etdiyi avtomarkaların da bazarda rəqabət apardığı markalar var. Xüsusilə Çin, Rusiya və İran kimi ölkələrin istehsal etdiyi markalarla rəqabət aparırlar. Çünki həm qiymət, həm də keyfiyyət baxımından qeyd etdiyim ölkələrin avtomobillərinə daha yaxındır. Amma ümumən götürsək Azərbaycan avtomobillərinin bazarda payını artırmaq üçün müəyyən addımlar atılmalıdır”.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











