Reklam

Azərbaycan avtomobil idxalını 47% artırıb

Avtobazar 14 May 2020 11:04 Oxunub 1623
Azərbaycan avtomobil idxalını 47% artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 501 ədəd və yaxud 47% çoxdur

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 201,4 4 milyon ABŞ dolları dəyərində 17 196 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 501 ədəd və yaxud 47% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 16 ədəd və yaxud 30,2% artaraq 69 ədəd (7,4 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 5 406 ədəd və yaxud 50,9% artaraq 16 020 ədəd (99,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 654-ü (6,7 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 19-u (90,4 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 344 ədəd və yaxud 86,7% artaraq 1 048 ədəd (10,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 ədəd və yaxud 10,7% azalaraq 59 ədəd (5,6 milyon ABŞ dolları dəyərində) olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh