Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 98,3 mln. manatlıq məhsul istehsal edilib.
Avtosfer.az xəbər verir ki, “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 7 dəfə artıb.
Yanvar-fevral aylarında 480 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu ilin martın 1-nə ölkədə 172 ədəd hazır məhsul istehsalı yaranıb.
Yanvar-fevral aylarında ölkədə 50 ədəd traktor istehsal edilib. Bu, ötən ilin iki ayı ilə müqayisədə 82,6% azdır. Amma bununla belə, martın 1-nə ölkədə 336 ədəd hazır məhsul istehsalı yaranıb.
Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 85%, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə artıb.
Gültən
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










