Azərbaycan hibrid avtomobil alışını artırıb

2020-ci ildə ölkəyə idxal edilən daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı açıqlanıb.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, müvafiq dövrdə Azərbaycana daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 5 080 ədəd avtomobil idxal edilib.
Onların ümumi idxal dəyəri 28 milyon dollar təşkil edib.
Eləcə də, yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı 167 ədəd olub və onların ümumi idxal dəyəri 8,3 milyondolları əhatə edib.
2020-ci ilin dekabr ayında Azərbaycana 594 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. Ötən ay 21 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin alışı həyata keçirilib. Noyabr ayına nisbətən dekabr ayında bu tipdə avtomobillərin idxal həcmi artıb.
Qeyd edək ki, noyabr ayında ölkəyə 430 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən avtomobil, eləcə də, dörd ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










