Azərbaycan hibrid avtomobil alışını azaldıb

2020-ci ilin yanvar-oktyabr aylarında ölkəyə ixdal edilən daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı açıqlanıb.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, müvafiq dövrdə Azərbaycana daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 4 min 56 ədəd avtomobil idxal edilib.
Onların ümumi idxal dəyəri 22 milyon 767,5 min dolları təşkil edib.
Eləcə də, yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı 142 ədəd olub və onların ümumi idxal dəyəri 8 milyon 20,5 min dolları əhatə edib.
2020-ci ilin oktyabr ayında Azərbaycana 378 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. Bu ayda yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin alışı həyata keçirilməyib və ədəd sayı sabit qalıb. Sentyabr ayına nisbətən oktyabr ayında bu tipdə avtomobillərin idxal həcmi azalıb.
Qeyd edək ki, sentyabr ayında ölkəyə 628 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən avtomobil, eləcə də, altı ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










