Azərbaycan hibrid avtomobil alışını üç dəfəyə qədər artırdı

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan elektrik mühərriklə də hərəkətə gətirilən 1 831 ədəd avtomobil idxal edib.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onların ümumi idxal dəyəri 10 milyon 285,5 min dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 265 ədəd və ya 16,9 faiz çoxdur.
Təkcə mart ayında 789 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 5 milyon 34,7 min dollar olub. Azərbaycan ötən ilin mart ayı ilə müqayisədə bu avtomobillərin alışını 496 ədəd və ya 2,7 dəfə artırıb.
Eləcə də, ötən ay yalnız elektrik mühərriklə hərəkətə gətirilən 17 ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 722,11 min dolları əhatə edib. Təkcə fevral ayında isə ölkəmizə 7 ədəd elektrik mühərrikli maşın idxal edilib.
Qeyd edək ki, üç ay ərzində idxal olunan elektrik mühərriklə də hərəkətə gətirilə bilən və yalnız elektrik mühərrikli avtomobillər ümumi idxal edilən avtomobillərin 11,9 faizini təşkil edib.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










