Azərbaycan Rusiyadan avtomobil idxal edən ölkələrin ilk onluğunda yer alıb

Azərbaycan ötən il Rusiyadan ən çox avtomobil idxal edən ölkələrin ilk onluğuna daxil olub.
Avtosfer.az Rusiya İxrac Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, idxal üzrə liderliyi Belarus və Qazaxıstan qoruyur. Bu ölkələrə müvafiq olaraq 34 608 və 23 466 avtomobil ixrac olunub. Üçüncü yerdə olan Özbəkistana isə 5 078 avtomobil tədarük edilib.
Ümumilikdə, ilk onluğa əsasən MDB ölkələri daxil olub – Azərbaycan, Ermənistan, Ukrayna, Türkmənistan və Qırğızıstan.
Bununla yanaşı, siyahıda həmçinin Vyetnam (1 135 avtomobil) və Almaniya (955 avtomobil) da yer alıb.
Bildirilir ki, ümumilikdə, ötən il Rusiya istehsalı olan avtomobillər 93 ölkəyə tədarük olunub. Ən kiçik tələb Küveyt, Efiopiya, Norveç və Çernoqoriyada qeydə alınıb. Bu ölkələrin hər birinə ötən il cəmi bir avtomobil tədarük edililb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










