Azərbaycan son beş ildə neçə minik avtomobili istehsal olunub?

Son beş ildə (2016-2020-ci illər) Azərbaycanda 5 578 minik avtomobili istehsal olunub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2016-cı ildən 2020-ci ilədək ölkədə minik avtomobillərin istehsalı 7,2 dəfə artıb.
Hesablamalara əsasən, hesabat dövründə minik avtomobillərin istehsalı üzrə ən yüksək göstərici (2 360 ədəd) 2019-cu ildə, ən aşağı göstərici isə (30 ədəd) 2017-ci ildə qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 949 minik avtomobili istehsal olunub. 2019-cu il ilə müqayisədə ölkədə ötən il minik avtomobillərinin istehsalı 17,4% azalıb.
Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











