Azərbaycana avtomobil idxalı yanvar-sentyabrda 25% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 38 632 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 36 036 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 29,5% çoxdur.
Bundan başqa, bu ilin doqquz ayında ölkəyə 2 377 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 8,5% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 129 ədəd (artım 65,2%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 90 ədəd (25 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə 3 678 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 142 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Ümumi olaraq, yanvar-sentyabr aylarında avtomobil idxalının dəyəri 462 654,06 min ABŞ dolları təşkil edib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










